NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

30 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Babək rayonu Uzunoba Su Anbarının ətrafında keçirilən birincilikdə ümumilikdə 24 idmançı iştirak etmişdir. Yarışda Şərur rayon idmançısı Həsənov Röyal birinci, Culfa rayon idmançısı Mikayılzadə Elvin ikinci, Kəngərli rayon idmançısı Məmmədli Davud üçüncü yerə layiq görülmüşlər. Sonda qaliblərə diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.