NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

18 may 2022-ci il tarixdə Süni Divar İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda yeniyetmə və gənclər arasında süni divara dırmanma üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov birinciliyin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 10 idmançı iştirak etmişdir. Birinciliyin yekununa əsasən Süleyman İsmayılov I yerə, Ömər Məhərrəmov II yerə, İmoş Qurbanov isə III yerə layiq görülmüşdür. Sonda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilmişdir.