30 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Babək rayonu Uzunoba Su Anbarının ətrafında keçirilən birincilikdə ümumilikdə 24 idmançı iştirak etmişdir. Yarışda Şərur rayon idmançısı Həsənov Röyal birinci, Culfa rayon idmançısı Mikayılzadə Elvin ikinci, Kəngərli rayon idmançısı Məmmədli Davud üçüncü yerə layiq görülmüşlər. Sonda qaliblərə diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyası yerli bölməsinin birgə təkilatçılığı ilə keçirilən yarışda 5 məktəbdən 25 idmançı iştirak etdib. Birinciliyin məqsədi ekstremal idman növlərini inkişaf etdirimək, məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, yeniyetmələr arasında velosiped idman növünə marağın artırılmasından ibarət olub. Yekun nəticələrə əsasən Məmmədli Davud I, Fərəcov Məşdi II, Əsgərov Cəsur III yerə sahib olub. Sonda qalib idmançılara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.