08 fevral 2019-cu il tarixdə Culfa Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Bayraq Meydanı istiqamətindən Culfa Rayon Gülüstan Tarix-Mədəniyyət Qoruğu istiqamətinədək “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında velosiped idman növü üzrə rayon turniri keçirilmişdir.
Turnirdə 45 idmançı iştirak etmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin sədri İsmayıl Feyziyev və Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov çıxış edərək keçirilən yarışın mahiyyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanın bu növünün rayonda inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.
Yekunda Culfa şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Elnur Əhmədov qalib olub. Gülüstan kənd tam orta məktəbinin şagirdi Zeynal Qasımov ikinci, Culfa şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Sunay Vəlixanov isə üçüncü yerlə kifayətlənib.
Qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.Tədbirin sonunda idmançılar rayon ərazisində fəaliyyət göstərən Culfa Rayon Gülüstan Tarix Mədəniyyət Qoruğuna ziyarəti təşkil edilmişdir. Burada idmançılara türbənin tarixi haqqında ətraflı məlumatlar verilmişdir.
1 fevral 2019-cu il tarixdə Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi və Naxçıvan MR Hava və Ekstirimal İdman Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında kross yarışı üzrə rayon birinciliyi keçirilib.
Yarışda 12 məktəbdən 82 idmançı iştirak edib.
Oğlanlar arasında Sunay Mütəlov, Fərhad Heydərov və Turqay Abdullayev qalib adını qazanıblar. Qızların mübarizəsində isə Aydan Rzayeva, Bülbül Hüseynova və Nuray Əliyeva ilk üç pillədə qərarlaşıblar.
Qalib idmançılara təşkilatçıları tərəfindən diplom və hədiyyələr təqdim olunub.