NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Yarışda 8 məktəbdən 16 idmançının iştirak etdiyi birinciliyin əsas məqsədi ekstremal idman növlərini inkişaf etdirmək, məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, yeniyetmələr arasında velosiped idman növünün kütləviliyinə nail olmaqdır. Yekun nəticələrə əsasən Şərur rayon 1№li tam orta məktəbin şagirdi Həsənov Röyal finiş xəttinə rəqiblərindən daha öndə gələrək yarışın qalibi olub. Zeyvə kənd tam orta məktəbin şagirdləri Rzayev Nicat və Əsədov Həsən müvafiq ardıcıllıqla yarışı ikinci və üçüncü sırada tamamlayıb. Sonda qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.