Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bugün Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə Federasiyanın 4 dağçısının və Türkiyə Respublikasından gələn 6 dağçının iştirakı ilə Haçadağa yürüş keçirilmişdir. Dağçılar şəhidlərimizin, Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfəri şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət bayraqları açılıb. Tədbiri başa vuran dağçılar geri qayıdıblar.
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 25 fevral 2023-cü il tarixdə Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə, Federasiyanın 6 dağçısının, Bakı şəhərindən gələn 5 dağçının iştirakı ilə Haçadağa dırmanma keçirilir. Əvvəlcə qrup rəhbəri tərəfindən idmançılar təlimatlandırılmış, yürüşə başlanılmışdır.