Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının və Şəhid Ailələri Ziyarəti Layihəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri ilə birlikdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Əlincə dağının yüksək zirvəsinə Şəhidlər Zirvəsi adlandırılması ilə əlaqədar barelyef yerləşdirilərək açılış mərasimi keçirilmişdir. Tədbirdə ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın və Türkiyənin dövlət bayraqları açılmışdır. Daha sonra çıxışlar olmuşdur.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününün qeyd edilməsi məqsədilə 08 noyabr 2022-ci il tarixdə Federasiyanın 14 nəfər dağçısı dəniz səviyyəsindən 2415 metr yüksəklikdə olan İlandağa dırmanmışlar. Zirvədə ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik.