NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününün qeyd edilməsi məqsədilə 08 noyabr 2022-ci il tarixdə Federasiyanın 14 nəfər dağçısı dəniz səviyyəsindən 2415 metr yüksəklikdə olan İlandağa dırmanmışlar. Zirvədə ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət himni səsləndirildi.     Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik.