Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının və Türkiyə Dağcılık Federasiyasının birgə təşkilatçılığı ilə 2022-ci il 06 noyabr tarixində Federasiyanın üç nəfər və Türkiyənin altı nəfər dağçısı 8 noyabr Zəfər Gününün qeyd edilməsi məqsədilə Türkiyənin Qars şəhəri yaxınlığındakı 3150 metr yüksəkliyi olan Allahu Əkbər dağına yürüş etmişlər. Dağın zirvəsində Azərbaycanın və Türkiyənin bayraqları açılmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və hər iki ölkənin himnləri səsləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qız və oğlan tələbələri arasında süni divara dırmanma idman növü üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Keçirilən birincilikdə qızlar arasında Naxçıvan Texniki Kollecinin tələbələri Əsgərova Zəhra və Məmmədova Aysun müvafiq olaraq birinci və üçüncü, Naxçıvan Tibb Kollecinin tələbəsi Günel Cəlalova isə ikinci yerə, oğlanlar arasında Naxçıvan Tibb Kollecinin tələbələri Rasim Rustəmov birinci, Şöhlət Rüstəmzadə ikinci və Oruc Allahquliyev isə üçüncü yerə layiq görülmüşlər. Qaliblər fəxri fərmanlar, diplomlar və hədiyyələrlə təltif olunmuşlar.