NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyası Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped idman növü üzrə rayon birinciliyi keçirilib. 14 məktəblinin iştirak etdiyi birincilikdə Qazıyev Tağı I, Abbaslı Ümid II, İsmayılov Məhəmmədtağı III yerə sahib olub. Sonda qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.