NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Babək rayon bölməsinin, rayon idman idarəsinin və təhsil şöbəsinin təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında velosiped idman növü üzrə Babək rayon birinciliyi keçirilmişdir. Qaliblərə hədiyyələr, diplomlar və fəxri fərmanlar təqdim olunmuşdur.