NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Kəngərli rayon bölməsinin, rayon gənclər və idman idarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbəsində 4 kilometr məsafədə velosiped idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyi qalibləri diplom, fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.