NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında Uzunoba Su Anbarının ətrafında 6 kilometr məsafədə velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Keçirilən birincilikdə Şərur rayonundan Aqşin Hüseynov birinci, Hüseyn İsayev ikinci və Naxçıvan şəhərindən Məhəmməd Novruzlu üçüncü yerə layiq görülmüşlər. Qaliblər fəxri fərmanlar, diplomlar və hədiyyələrlə təltif olunmuşlar.