NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bugün Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə Federasiyanın 4 dağçısının və Türkiyə Respublikasından gələn 6 dağçının iştirakı ilə Haçadağa yürüş keçirilmişdir. Dağçılar şəhidlərimizin, Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfəri şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət bayraqları açılıb. Tədbiri başa vuran dağçılar geri qayıdıblar.