Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü münasibətilə 2021-ci il 3-4 may tarixİndə Quba rayonunun Qızıl qaya massivinin dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Zirvəsinə idman yürüşü keçirilmişdir. Heydər Zirvəsinə keçirilən yürüşdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançısı Nəcəfov Vahid Emirxan oğlu da iştirak etmişdir. İdmançımızın bu yürüşdə iştirakı Federasiyanın bütün idmançılarını sevindirir və qürurlandirir.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü"nə həsr olunmuş gənclər arasında 2021-ci il 7 may tarixində süni divara dırmanma idman yarışı üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə Culfa rayon komandası birinci, Şahbuz rayon komandası ikinci və Kəngərli rayon komandası üçüncü olaraq Heydər Əliyev kubokunun sahibi olmuşlar. Fərdi nəticələrə görə Məmmədli Cəfər birinci, Möhsünov Müslüm ikinci və Abdullayev Fərid üçüncü yerə layiq görülmüşlər. Qaliblərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.