26 oktyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayonunun Tənənəm kəndindən 4 kilometr məsafədə yerləşən Qazma mağarası ərazisinə gənc oğlan və qızların iştirakı ilə mağara (spelio) idman yürüşü üzrə muxtar respublika birinciliyi təşkil olunub. Birinciliyin yekununa əsasən oğlanlar arasında Həsənəliyev Fərid (Naxçıvan) I yerə, Paşayev Turqay (Kəngərli) II yerə, Həsənov Turqay (Şərur) III yerə, qızlar arasında Əliyeva Aysel (Naxçıvan) I yerə, Hacıyeva Pəri (Naxçıvan) II yerə, Mehdiyeva Nərmin (Culfa) III yerə layiq görülüblər. Sonda qalib və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 2021-ci il təqvim planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında 2021-ci il 30 sentyabr tarixində süni divara dırmanma idman növü Naxçıvan MR birinciliyi keçirilmişdir. Keçirilən yarışda Naxçıvan şəhər idmançısı Süleyman İsmayılov birinci yerə, Şahbuz rayon idmançısı Məmməd Hüseynəliyev ikinci və Babək rayon idmançısı İlhan Orduyev üçüncü yerə layiq görülmüşlər. Yarışın qalibləri fəxri fərman, diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.