Ekstremal idman növlərinin inkişaf etdirilməsi və yeniyetmələr arasında velosiped idman növünə marağın artırılması məqsədilə keçirilən birincilikdə 20 məktəbli iştirak edib. Məktəblilər Naxçıvan-Ordubad magistral yolundan Nehrəm qəsəbəsi istiqamətindəki yol boyunca hərəkət etməklə finişədək olan 2 kilometrlik məsafəni qət ediblər. Gərgin mübarizə şəraitində keçən yarışda Yusif Mehdiyev birinci yerin sahibi olub. Ayhan Vəliyev və Aqil Əliquliyev isə ikinci və üçüncü yerdə qərarlaşıblar. Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə təltif ediliblər.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa rayon bölməsinin, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə velosiped idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilik 32 idmançının iştirakı ilə Bayraq Meydanından Gülüstan Türbəsinədək məsafədə təşkil edilmişdir. Yekunda qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.