Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Türkiyə Dağçılık Federasiyasının 5 nəfər dağçı-idmançısı 2021-ci il 05-06 noyabr tarixlərində Naxçıvana gələrək Federasiyasının dağçı-idmançıları ilə birlikdə Culfa rayonu ərazisində yerləşən Haça Dağa " Zəfər Yürüşü" edəcəklər. İdmançılara uğurlar arzulayırıq.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Bakı şəhərindən olan müstəqil dağçı-təlimçi Babək İsgəndərov 2021-ci il 29-30 oktyabr tarixlərində Naxçıvanda Federasiyasının məşqçi və idmançılarına Süni Divara Dırmanma İdman Mərkəzində çətinlik proqramı üzrə təlim- treninq keçmişdir. Məqsəd bu idman sahəsində məşqçi və idmançıların yetişdirilməsidir. Bu kimi təlimlər bundan sonra da davam etdiriləcəkdir.