NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü"nə həsr olunmuş gənclər arasında 2021-ci il 7 may tarixində süni divara dırmanma idman yarışı üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə Culfa rayon komandası birinci, Şahbuz rayon komandası ikinci və Kəngərli rayon komandası üçüncü olaraq Heydər Əliyev kubokunun sahibi olmuşlar. Fərdi nəticələrə görə Məmmədli Cəfər birinci, Möhsünov Müslüm ikinci və Abdullayev Fərid üçüncü yerə layiq görülmüşlər. Qaliblərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Uzunoba gölünün ətrafında - 4500 metrlik məsafədə reallaşıb. Muxtar respublikanın şəhər (rayon) birinciliklərində ilk üçlüyə düşən velosipedçilərin qatıldığı, 24 idmançının qələbə uğrunda mübarizə apardığı yarışda
Şərur velosipedçilərindən Nicat Bayramov təyin olunan məsafəni hər kəsdən tez qət edərək finişə birinci, rayonun digər təmsilçisi Elvin Rzayev isə ikinci çatıb. İlk üçlüyü tamamlayan Naxçıvan şəhərindən olan Sadiq Cəfərov olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda qaliblərə, həmçinin fərqlənən idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.