NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

13 mart 2019-cu il tarixdə Kəngərli rayonunun yaradılmasının 15 illik yübileyinin qeyd edilməsi məqsədilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped idman növü üzrə oğlanlar arasında birincilik keçirilib.
Yarış Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın rayon bölməsinin təşkilatçılığı ilə keçirilib. 
İdmançılar yeni istifadəyə verilmiş yaşayış binasının ətrafında 2 kilometrlik məsafədə yarışıblar. Gərgin mübarizə şəraitində keçən yarışda Qıvraq qəsəbə tam orta məktəbin sagirdi Məmmədli Nihad I, Xok kənd tam orta məktəbinin şagirdi Məmmədov Əhməd II, Qıvraq qəsəbə tam orta məktəbinin şagidi Seyidov Seymur III yerin qalibi olublar. 
Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə təltif ediliblər.

05 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yübileyinin qeyd edilməsi məqsədilə gənclər və ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped idman növü üzrə oğlanlar arasında Ordubad rayon birinciliyi keçirilmişdir.
Yarış Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın rayon bölməsinin təşkilatçılığı ilə keçirilmişdir. Yarışın əvvəlində Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın rayon bölməsinin sədri Rzayev Nicat çıxış edərək Muxtar Respublikanın yaranma tarixi və keçirilən yarışın mahiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, idmançılara uğurlar arzulamışlar.
İdmançılar Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis istiqamətindən Heydər Əliyev prospektinədək hərəkət etməklə finişə qədər olan 4 kilometrlik yolu başa vurublar. Gərgin mübarizə şəraitində keçən yarışda şəhər 1 saylı məktəbin sagirdi Məmmədov Əjdər I, Sürücülük və Peşə məktəbinin şagirdləri Qasımzadə Mənsur II , Rüstəmov Onur III yerin qalibi olmuşdurlar.
Qaliblər təşkilatçıların diplom və hədiyyələri ilə təltif ediliblər.