NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

22 noyabr 2018-ci il tarixdə Culfa şəhər Bayraq meydanından - Gülüstan türbəsinə eksterimal yürüş təşkil olunmuşdur.Tədbir Culfa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin, Culfa Rayon Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Eksterimal İdman Oyunları Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında keçirilmişdir. Bu yürüşdə 70-ə yaxın idmançı iştirak etmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli çıxış edərək keçirilən tədbirin mahiyyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanda əldə olunan naliyyətlərdən tədbir iştirakçılarına ətraflı məlumatlar vermiş və sora yarışa start verilmişdir.Yekunda  Məmədov Abbas 1-ci yerə, İbrahimzadə Seymur  2-ci yerə Tagıyev Elmar 3-cü yerin qalibləri olublar.  Yarışın qaliblərinə təşkilatçılar tərəfindən hədiyyə və diplomlar təqdim edildi.

08 noyabr 2018-ci il tarixdə Şərur rayon Tənənəm kəndinin ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Qazma mağarasına 9 noyabr "Dövlət Bayrağı Günü”nə həsr olunmuş ekstremal idman yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəssisələrindən və Şərur rayon  fizika-riyaziyyat təmayüllü liseydən 80-nə yaxın tələbə və şagird iştirak edib. Yarışdan əvvəl Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin əməkdaşı və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək keçirilən yarışın  mahiyyətindən danışıblar.

Yarış əsasnaməyə uyğun olaraq 3000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mehdiyev Əkbər birinci, Naxçıvan Universitetinin tələbəsi Babayev Abbas ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Əliyev Xadim üçüncü yerin, qızlar arasında isə  Naxçıvan Dövlət Universitetinin tələbəsi Nazlıcan Çakır birinci,  Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri  Abbasova Telli ikinci,  Babayeva İlkanə üçüncü yerin qalibi olublar. Yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.