2017-ci ilin oktyabr - noyabr aylarında Azərbatcan Respublikasının Dövlət müstəqilliyi günü bərpasının 26-cı ildönümünə həsr olunmuş velosiped yarışı üzrə Şərur və Culfa rayon birincilikləri keçirilmişdir.
Velosiped yarışında ümumilikdə, 235 nəfər idmançı gücünü sınamışdır. Keçirilən yarışın sonunda qaliblər mükafatlar və hədiyyələrlə təltif olunmuşlar.
Ekstremal idman növünün inkişaf etdirilməsi məqsədi ilə Babək, Ordubad, Kəngərli, Şahbuz, Sədərək rayonlarının birincilikləri keçirilmişdir. Bu yarışlarda gənclərin kütləviliyi bir daha müşahidə olunmuşdur.Ekstremal idman yarışlarında ümumilikdə, 678 idmançı iştirak etmişdir. Keçirilən yarışın sonunda qaliblər mükafatlar və hədiyyələrlə təltif olunmuşlar.