NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

17 mart 2017-ci il tarixdə “Zərərli vərdişlərə yox deyək və həmişə sağlam olaq” devizi altında Ekstremal idman yarışı üzrə Babək rayon Birinciliyi keçirilmişdir. İdman tədbiri  Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin, rayon İdman idarəsinin və rayon Təhsil şöbəsinin birgə iştirakı ilə təşkil  olunmuşdur.

      Birincilikdə iştirak etmək üçün rayonun ümum təhsil müəssisələrinin şagirdləri və rayon gəncləri, ümumilikdə 125 idmançı rayon bölməsinə müraciət etmişlər. Ekstremal idman yarışı “Əshabu-Kəhv” Avtomobil yolunda 8 km məsafədə təşkil olunmuşdur. Ekstremal idman yarışı üzrə  keçirilən Babək rayon birinciliyinin qalibləri diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.

16 mart 2017-ci il tarixdə Kəngərli rayonunun yaradılmasının 13-cü il dönümünə həsr olunmuş ekstremal idman yarışı üzrə Kəngərli rayon birinciliyi keçirilmişdir. Yarış Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin, rayon İdman idarəsinin və rayon Təhsil şöbəsinin birgə iştirakı ilə təşkil  olunmuşdur.

    Birincilikdə iştirak etmək üçün rayonun ümum təhsil müəssisələrinin şagirdləri və rayon gəncləri, ümumilikdə 147 idmançı rayon bölməsinə müraciət etmişlər. Ekstremal idman yarışı Qıvraq qəsəbəsində “Qarabağlar Türbəsi”nə qədər olan 4 km məsafədə keçirilmişdir. Qızlar və oğlanlar arasında keçirilən ekstremal idman yarışında qaliblər diplomlarla, fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirin sonunda yarış iştirakçılarına “Qarabağlar Türbəsi” haqqında geniş məlumat verilmişdir.