Federasiyanın sədri Mayis Əliyev çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın birgə tədbirlər planına uyğun olaraq 2018-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib ki, bu yarışlarda ümumilikdə 861 idmançı iştirak edib. Onların da 250 nəfərə yaxını qız idmançılardır.
Vurğulanıb ki, federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Bölmələr tərəfindən Hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi məqsədilə şəhər və rayon birincilikləri də təşkil olunub. Yarışlarda ümumilikdə 710 idmançı iştirak edib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında dağ və ekstremal idman növləri üzrə təlim-məşqlərin keçirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekstremal idman növləri üzrə məşqçi – təlimçisi muxtar respublikamıza dəvət olunub, yerli məşqçilərə və idmançılara süni divar üzərində əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq təlimlər verilib. Həmçinin, Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupu Federasiyasının “Haçadağ” idman klubunun 11 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş ediblər.
Federasiyanın sədri 10 dekabr 2018-ci ildə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idman federasiyalarına verilmiş bir sıra tapşırıqları tədbir iştirakçılarına çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaqdır.
Federasiyasının sədr müavini Azər Məmmədov federasiyanın ötən il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib.
Sonda federasiyanın sədri Mayis Əliyev 2018-ci ildə uğur qazanan məşqçi və idmançılara fəxri fərman və hədiyyələr təqdim edib.
İclas 2019-ci ildə görüləcək işlərin müzakirəsi ilə yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri Naxçıvan Dövlət Tarix Muzeyində olublar.